Şrift:
ABŞ rəsmisi: -Bu razılaşma İranın nüvə silahına yiyələnməsinin qarşısını ala bilməyəcək
20.08.2015 [10:06] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
ABŞ Senatının xarici əlaqələr komitəsinin rəisi Bob Korker avqustun 17-də “Vaşinqton post” qəzetində dərc etdirdiyi bir məqalədə 5+1 qrupu ilə İran arasında Vyanada əldə edilmiş nüvə razılaşmasına qarşı çıxdığını bildirib.
Məqalədə ABŞ prezidenti Barak Obama hökumətini bu razılaşmanı qəbul etdiyinə görə tənqid edən Bob Korker deyib ki, ABŞ Konqresi ölkənin milli mənafeyini nəzərə alaraq bu razılaşma barədə qərar verməlidir: “Hazırda ABŞ Konqresinin vəzifəsi bu razılaşmanın bizim milli maraqlarımıza uyğun olub-olmadığını, onun Amerikanın təhlükəsizliyini təmin edib-etməyəcəyini və İranın nüvə silahına yiyələnməsinin qarşısını ala bilib-bilməyəcəyini müəyyənləşdirməlidir. Şəxsən mən belə düşünmürəm.

Hesab edirəm ki, bu razılaşma İranda uranın zənginləşdirilməsi ilə bağlı fəaliyyətə son qoymaq əvəzinə, zaman keçdikcə dünyada dövlət terrorizminin ən mühüm himayədarı olan bir ölkənin nüvə proqramını tədricən gücləmndirəcək. Bir sözlə, bu razılaşma İranın nüvə silahına yiyələnməsinin qarşısını ala bilməyəcək. Elə buna görə də düşünürəm ki, Konqresin bu razılaşmanı rədd etməsi, 2013-cü ildə Bəşər Əsəd rejiminə və digər terrorçu qruplaşmalara dəstəyini gücləndirən İran hökumətini dayandırmağın ən yaxşı yoludur.

Mən də bir çoxları kimi hesab edirəm ki, Amerikanın İranı dayandırmağının vaxtı gəlib çatıb. Bunun üçün isə ən yaxşı yol, ABŞ Konqresinin həmin razılaşmanı rədd etməsidir”.
Bu xəbər oxucular tərəfindən 973 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed