Şrift:
İran rəsmisi: -Kürdüstan məktəblərində fars ədəbiyyatı dərsliyinin üçdə bir hissəsi kürdcə olacaq
20.08.2015 [10:10] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Kürdüstan əyalətinin təlim-tərbiyə idarəsinin baş direktoru Rəşid Qurbani avqustun 18-də jurnalistlərlə görüşündə əyalətin orta məktəblərində tədris edilən bir sıra dərsliklərə kürd edilində əlavələr ediləcəyindən danışıb.
Rəşid Qurbani deyib ki, gələn ildən orta məktəb dərsliklərinə əlavə ediləcək kürd dilində materiallar üzərində iş gedir və bu edildə mətnlər hazırlanır: “Təhsil Nazirliyinindən aldığımız icazəyə görə, gələn ildən Kürdüstan əyalətinin orta məktəblərində tədris edilən fars dili və ədəbiyyatı dərsliyinə kürdcə material və mətnlər əlavə ediləcək. Aldığımız qərara görə fars ədəbiyyatı dərsliyinin üçdə bir hissəsi kürd dilinəki material və mətnlərə ayrılacaq.

Lakin dərsliklərin kürdcə bölümünə məxsus mətnlərin hazırlanması üzərində hazırda iş getdiyinə görə, hesab edirik ki, kürd dilində əlavələr, 2016-cı ilin oktyabr ayından (1395-ci ilin mehr ayından) şagirlərin ixtiyarına veriləcək və onun tədrisinə başlanılacaq”.

Qeyd edək ki, son vaxtlarda İran hökumətinin kürd dilinin məktəblərdə tədrisinə şərait yaratması barədə məlumatlar yayılmasına baxmayaraq, ana dilinin tədris olunması tələbi ilə dinc fəaliyyət göstərən onlarla azərbaycanlı fəal kütləvi şəkildə tutulur, uzunmüddətli həbslərə məhkum edilirlər.
Bu xəbər oxucular tərəfindən 769 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed