Şrift:
Ruzbeh Səadəti məhkəməyə çağırılıb
20.08.2015 [10:31] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran rejiminin azərbaycanlı fəallara qarşı təzyiqləri müxtəlif formalarda davam edir.
Azərbaycanlı milli-mədəni fəal Ruzbeh Səadəti bir sıra izahat vermək və özünü irəli sürülən ittihamlardan müdafiə etmək üçün inqilab məhkəməsinə çağırılıb.

Məlumata görə, çağırış məktubunda onun 3 gün ərzində Əhər şəhərinin Dadqostərisinə müraciət etməsi istənilib. Bu çağırış azərbaycanlı fəalın Dünya Ana Dili Günü ilə bağlı dosyesi ilə əlaqədar ola bilər.

Xəbər verdiyimiz kimi son günlərdə daha bir azərbaycan fəal məhkəməyə çağırılıb. Çağırışa əsasən Aydın Zakir avqustun 19-da (mordadın 28-də) Meşginşəhr məhkəməsinə müraciət etməlidir.
Bu xəbər oxucular tərəfindən 709 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed