Şrift:
Həmədan vilayəti: Yerli məsul işsizlik səviyyəsi ilə bağlı qeyri-real statistikanın elan edilməsini pisləyib
21.08.2015 [10:42] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın müxtəlif bölgələrindən bahalıq və işsizlik xəbərləri gəlir.
Həmədan vilayətinin iş üzrə islami şuraların koordinasiya mərkəzinin rəisi jurnalistlərin qarşısında işsizlik problemindən söz açıb.

Mövzu ilə bağlı Əhməd Məbudi bunları deyib:

“Xaricdən, xüsuisi ilə də Çindən idxal edilən mallar, bankların əməkdaşlıq etməkdən yayınması, vergi sahəsindəki sıxıntılar, bazarda təklif və tələb arasında balansın olmaması və s. kimi amillər ölkə iqtisadiyyatını zəiflədib. Təəssüflər olsun ki, bu vəziyyət ölkənin sənaye və iş müəssisələrinə öz təsirini qoyub.”

Yerli məsul işsizlik səviyyəsinin 10 faizdən az olması ilə bağlı statistikanın (amar) elan olunmasını tənqid edərək bildirib ki, “Rəsmi sənədlərə əsasən bu ilin əvvəlindən yay fəslinin başlanğıcına qədər Həmədan vilayətinin iş müəssisələrindən 1000 nəfərdən çox işçi öz işindən uzaqlaşdırılıb.”

Ə.Məbudi ölkə prezidentinin Həmədana gözlənilən səfərinə də toxunub. O vurğulayıb ki, “Bu səfər zamanı məsullar qeyri-real statistikalar verməsinlər. Ona görə ki, bu yalnış statistikalar veriləcək qərarlara mənfi təsir edir.”
Bu xəbər oxucular tərəfindən 894 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed