21.08.2015 [10:48] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Azərbaycanlı milli-mədəni fəal Cəfər Rüstəmirad Astara şəhərinin cəza məhkəməsinə çağırılıb.
Azərbaycanli fəal çağırışa əsasən sentyabrın 15-də (şəhrivərin 24-də) Astara cəza məhkəməsinin 101-ci şöbəsinə müraciət etməlidir.
Bildirək ki, C.Rüstəmirad “Heyran gədiyi”nin Gilan vilayətinə ilhaq edilməsi məsələsinə etiraz etdiyi üçün, iyulun 14-də (tirin 23-də) Astara fərmandari (icra hakimiyyəti) və bəxşdarisinin şikayəti əsasında ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları tərəfindən ümumi mülkiyyətə zərər vurmaq ittihamı ilə yaxalanıb və bir neçə gün saxlandıqdan sonra 100 milyon riallıq mülki vəsiqə qarşılığında azadlığa buraxılıb.
Sözügedən fəal son vaxtlar Əhər məhkəməsinə də çağırılıb. Dünya Ana Dili Günü mərasimi ilə əlaqədar dosyesi ilə bağlı çağırılan fəal məhkəməyə müraciət etməkdən imtina edib.
C.Rüstəmirad bundan öncə milli və mədəni zəmindəki fəaliyyətlərinə görə dəfələrlə Təbriz, Əhər, Meşginşəhr, Ərdəbil və Astara şəhərlərində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. O saxlanıldığı müddətdə təzyiqlər altında sorğu-suala tutulub və işgəncələrə məruz qalıb.

Bu xəbər oxucular tərəfindən 764 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |