Şrift:
Azərbaycan Qara dənizdə gəmilərinin sayını artırır
21.08.2015 [15:20] - Gündəm, İqtisadiyyat
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Qara dəniz hövzəsində quru yüklərin daşınması ilə məşğul olan gəmilərin sayını 4-ə çatdırıb.

Bu barədə QSC-nin saytında yerləşdirilən xəbərdə deyilir.

Məlumatda bildirilir ki, 3000 ton yükgötürmə qabiliyyətinə malik “Teymur Əhmədov” gəmisi Rusiyanın daxili sularından keçərək Qara dənizə çıxacaq. Bununla da Qara dəniz - Aralıq dənizi hövzəsində üzən Azərbaycan gəmilərinin sayı 4-ə çatacaq.

Xatırladaq ki, “Teymur Əhmədov” gəmisindən başqa, Qara dənizdə “Qaradağ”, “Natavan” və “Üzeyir Hacıbəyov” gəmiləri fəaliyyət göstərir.
Bu xəbər oxucular tərəfindən 804 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed