Şrift:
Yaponiyanın cənubunda Sakuracima vulkanı 400 metr hündürlüyə kül püskürüb
22.08.2015 [10:07] - Gündəm, Hadisə
Yaponiyanın cənub-qərbində Kaqoşima prefekturasında (Kyuşü adası) yerləşən Sakuracima vulkanı avqustun 21-də 400 metr hündürlüyündə kül püskürüb.

Meteoroloqlar beş ballıq cədvəl üzrə “dördüncü” dərəcə almış vulkanın təhlükəlilik səviyyəsini hələlik qaldırmayıblar. Külün hava nəqliyyatının hərəkətinə təsiri barədə də məlumat verilmir.

Sakuracima vulkanının yerləşdiyi ərazidə son bir həftədə mindən artıq vulkan zəlzələsi qeydə alınıb.
Bu xəbər oxucular tərəfindən 683 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed