22.08.2015 [10:57] - Gündəm, İqtisadiyyat
Azərbaycanda bir sıra ticarət obyektləri keyfiyyətsiz malların satışına görə cərimələnib.
İqtisadiyyat və Sənaye Nazirliyindən (İSN) verilən məlumata görə, İSN yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarına nəzarət tədbirləri davam etdirilir.
Xidmət tərəfindən aparılan növbəti monitorinqlər zamanı Bakının Pirallahı rayonu Pirallahı qəsəbəsi, M.Əzizbəyov küçəsində yerləşən Nazim Mizafarova məxsus mağazada, Qaradağ rayonu Lökbatan qəsəbəsi, 1594-cü keçiddə yerləşən Şahmurad Vəliyevə məxsus mağazada və Zərdab şəhəri Zərdabi küçəsində yerləşən Elşad Əliyevə məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı aşkar olunub.
Məlumatda qeyd olunur ki, analoji hal Bakının Suraxanı rayonu Hövsan qəsəbəsi, R.Şahsuvarov küçəsində yerləşən Mərziyyə Məmmədovaya məxsus mağazada, Yasamal rayonu İnşaatçılar prospekti, ev 12/26 ünvanında yerləşən Rauf Həsənova məxsus mağazada və Saatlı şəhəri 1 May küçəsində yerləşən Mikayıl Quliyevə məxsus mağazada normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı müəyyən olunub.
Monitorin zamanı həmçinin Bakının Nəsimi rayonu R.Behbudov küçəsi, 62 ünvanında yerləşən İlham Musayevə məxsus mağazada, Qaradağ rayonu Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən Elnur Müseyibova məxsus mağazada, Yasamal rayonu Zərdabi prospekti, 55 ünvanında yerləşən Azad Ələkbərova məxsus mağazada, Nizami rayonu Keşlə qəsəbəsi, N.Abdullayev küçəsi, 4/3Q ünvanında yerləşən Kamalə İmanquliyevaya məxsus mağazada, Ağstafa şəhəri M.Ə.Rəsulzadə küçəsində Rəna Əliyevaya məxsus mağazada, Şəmkir şəhəri S.Vurğun küçəsi, 42 ünvanında yerləşən Cəmilə Qələndərovaya məxsus mağazada, Saatlı şəhəri H.Əliyev prospektində yerləşən Rəsul Məmmədova məxsus mağazada, Sabirabad şəhəri Ordubadi küçəsində yerləşən Rəşad Axundova məxsus mağazada, Quba şəhəri M.P.Vaqif küçəsində yerləşən Rövşən Məhərrəmova məxsus mağazada, Astara şəhəri Azərbaycan küçəsində yerləşən Azər Əhmədova məxsus mağazada, Yardımlı şəhəri H.Əliyev prospektində yerləşən Mahir İsmayılova məxsus mağazada və Balakən şəhəri S.Gözəlov küçəsində yerləşən Həmzət Addayevə məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə, 498-15-01 və 498-15-04 nömrəli telefonlar, Nazirliyin internet saytı (www.economy.gov.az) və “Facebook” səhifəsi vasitəsilə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.

Bu xəbər oxucular tərəfindən 751 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |