22.08.2015 [10:59] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Şəmxani avqustun 20-də jurnalistlərə açıqlamasında Vyanadakı nüvə razılaşmasının onun başçılıq etdiyi qurumda müzakirəyə qoyulmasından və onun müxtəlif cəhətlərinin araşdırılmasından danışıb.
Əli Şəmxani deyib ki, Ali Milli Təhlükəsizlik Şurası İranla 5+1 qrupu arasında Vyanada əldə edilmiş nüvə razılaşmasının hərtərəfli araşdırılası üçün ölkə parlamenti ilə əməkdaşlıq etməyə hazırdır: “Hazırda bu razılaşmanın Ali Milli Təhlükəsizlik Şurasında araşdırılması işi artıq sona çatmaqdadır. Şura, müxtəlif iclaslar quraraq nüvə razılaşmasının texniki, hüquqi, iqtisadi və digər cəhətlərini, o sıradan da sanksiyalar və ölkənin nüvə təsisatlarına baxış keçirilməsi ilə əlaqədar məsələləri diqqətlə öyrənir, araşdırır. Bu iş hazırda başa çatmaq üzrədir”.
Qeyd edək ki, bundan əvvəl İranda Konstitusiyaya Nəzarət Şurasının rəhbəri axund Əhməd Cənnəti və Üləma Məclisinin rəisi Məhəmməd Yəzdi ayrı-ayrılıqda bəyanatlar səsləndirərək hökumətdən həmin razılaşmanı ölkə parlamentində müzakirəyə çıxarılması üçün bir layihə şəklində parlamentə təqdim etməsini tələb ediblər.
Həmçinin İran parlamentinin 201 deputatı birgə bəyanat yayaraq prezident Həsən Ruhani hökumətindən Vyanadakı nüvə razılaşmasını layihə şəklində ölkə parlamentinə təqdim etməsini tələb ediblər. Lakin hakimiyyətdaxili üsulçu radikalların bütün bu təzyiqlərinə baxmayaraq prezident Ruhani hökuməti bildirib ki, razılaşmanın Ali Milli Təhlükəsizlik Şurasında baxılması kifayətdir və onun parlamentdə müakirəyə çıxarılmasına ehtiyac yoxdur.

Bu xəbər oxucular tərəfindən 1113 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |