Şrift:
ATƏT cəbhədə yaranan gərginliyi monitorinqlə müəyyənləşdirəcək
24.08.2015 [10:46] - Gündəm, Siyasət
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq avqustun 25-də Qazax rayonunun Məzəm kəndi yaxınlığındakı təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin saytının verdiyi məlumata görə, monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Piter Svedberq keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Saymon Tiller və Yevgeni Şarov keçirəcəklər.
Bu xəbər oxucular tərəfindən 647 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed