Şrift:
Böyük Britaniyanın Tehrandakı səfirliyi yenidən açılıb
24.08.2015 [11:33] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu gün Britaniya dörd illik fasilədən sonra İrandakı səfirliyinin qapılarını yenidən açıb.
Mərasimdə Böyük Britaniyanın xarici işlər naziri Filip Hemmond iştirak edib. O Tehrana səfərinin başlanğıcında bildirib ki, Səfirliyi açılması bütün sahələrdə ortaq məxrəcə gəlməyin əlaməti deyil, lakin səfirliklər əməkdaşlığın artması və ixtilafların azalmasına zəmin yaradır.

Filip Hemmond 2003-cü ildən İrana səfər edən Böyük Britaniyanın ilk xarici işlər naziri olub.

Məlumatda qeyd edilir ki, səfər çərçivəsində Hemmond İranın prezidenti Həsən Ruhani, parlament sədri Əli Laricani və xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşəcək.

Bildirək ki, Birləşmiş Krallığın səfirliyi 2011-ci ildə, Tehrana qarşı Qərb sanksiyalarına etiraz edən kütlə tərəfindən hücuma məruz qaldıqdan sonra bağlanmışdı.
Bu xəbər oxucular tərəfindən 676 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed