Şrift:
BP Azərbaycanın ən böyük qaz yatağında hasilat işlərini bərpa edib
24.08.2015 [11:34] - Gündəm, İqtisadiyyat
Ötən gün axşam BP şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən ən böyük qaz kondensat yatağı “Şahdəniz”də təbii qazın hasilatını bərpa edib. Bu barədə “BP-Azerbaijan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı məlumat verib.

O bildirib ki, bu ilin avqust ayında platformada işlər profilaktik tədbirlərin keçirilməsi məqsədilə dayandırılmışdı: “Ötən gün “Şahdəniz” platformasında qaz hasilatını bərpa etdik. Yatağın tam gücü ilə işlək vəziyyətə gətirilməsi tədricən həyata keçiriləcək. Qeyd edim ki, bütün proqram işləri uğurla başa çatdırılıb, profilaktik işlər isə planlaşdırılmış müddətdən tez başa çatıb. Sınaq prosesi də uğurla həyata keçirildikdən sonra hasilat bərpa edilib”.
Bu xəbər oxucular tərəfindən 885 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed