24.08.2015 [13:46] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın müxtəlif bölgələrində ölümlə nəticələnən faciəvi yol qəzaları səngimək bilmir.
Zəncan vilayəti polis idarəsinin rəisi son sutka (24 saat) ərzində yol qəzalarında 6 nəfərin öldüyünü bildirib.
Əli Əsğər ŞirMəhəmmədi “Təsnim” xəbər agentliyinin müxbiri ilə danışıqda bildirib ki, Zəncan vilayətində sutka ərzində baş verən yol qəzalarında 6 nəfər dünyasını dəyişib, 7 nəfər isə yaralanıb”. Onun sözlərinə görə, yol qəzalarının səbəbi sürətin həddən artıq olması və sürücünün diqqətsiz olması ilə bağlı olub.
Polis rəisi ölümlə nəticələnən yol qəzaları barədə belə məlumat verib:
“Zəncan-Miyana yolunda bir minik maşının aşması nəticəsində 3 nəfər ölüb, 1 nəfər isə yaralanıb.
Nissan-vanet markalı maşın Xudabəndə yolunda yoldan keçən bir piyadanı vurub. Ağır yaralanan piyada aldığı xəsarət nəticəsində dünyasını dəyişib.
Zəncan-Xürrəmdərə yolunda isə Pejo markalı maşının vurduğu piyada hadisə yerində dünyasını dəyişib.
Zəncan-Xürrəmdarə yolunda bir yük maşını ilə bir Prayd markalı maşın toqquşub. Bu hadisədə Praydın sürücüsü ölüb və 3 sərnişin yaralanıb.”

Bu xəbər oxucular tərəfindən 872 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |