Şrift:
Türkiyədə qaz kəmərində baş verən partlayış “Şahdəniz” yatağının işinə təsir göstərib?
25.08.2015 [11:33] - Xəbərlər, Türk dünyası-Turan
Türkiyədə Bakı-Tbilisi-Ərzurum qaz kəmərində baş verən partlayış Azərbaycanda “Şahdəniz” platformasının işinə təsir göstərməyib. Bu barədə “BP Azerbaijan” şirkətindən bildirilib.

Məlumatda qeyd olunur ki, profilaktik tədbirlərdən sonra yataqda hasilat və platformanın bərpa işləri tədricən artır: “Kəmərin tamamilə qazla dolması üçün 2-3 gün lazım olacaq. Belə ki, “Şahdəniz” yatağında hasilat bazar günü bərpa edilib, boru kəməri qazla indi dolmağa başlayır və qaz Türkiyəyə hələ gedib çatmayıb”.

Qeyd edək ki, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Türkiyənin Sarıqamış rayonu əraizindən keçən hissəsində partlayış baş verib. Bu barədə Trend Anadolu agentliyinə istinadən xəbər verib.

Məlumat qeyd edilir ki, partlayış PKK qrupu tərəfindən törədilib.
Bu xəbər oxucular tərəfindən 775 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed