26.08.2015 [10:47] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda fars dili və ədəbiyyatının yayılması və təbliği ilə bağlı 10-cu beynəlxalq toplantısının icraiyyə işləri üzrə rəhbəri Hüseyn Novin avqustun 24-də jurnalistlərə yaxın günlərdə Güney Azərbaycanın Ərdəbil şəhərində keçirəcəkləri toplantıdan danışıb.
Hüseyn Novin deyib ki, fars dili və ədəbiyyatının yayılması və təbliği ilə bağlı 10-cu beynəlxalq toplantısı iki ali təhsil ocağının əməkdaşlığı ilə avqustun 26-dan 28-ə qədər Ərdəbil şəhərinin Müəhəqqiq Ərdəbili Universitetində keçiriləcək: “İranın bütövlüyünün və milli birliyin əsas və mühüm amillərindən olan fars dili və ədəbiyyatı sahəsində yeni tədqiqat və araşdırmalarla tanış olmaq, bu sahədə çalışan alimlər arasında fikir mübadiləsi aparılması və gənc araşdırmaşıları elmi sahələrdə daha dərindən tədqiqat aparmağa təşviq etmək, bu toplantının ən mühüm hədəflərindən biridir.
Həmçinin fars dili və ədəbiyyatının İran xalqının milli birliyində oynadığı rolu, fars dilinin tarixi və onun dialektləri, ədəbi məktəblər, dilçilik və onunla bağlı problemlər, fars dilini yaymaq yollarını araşdırmaq və onun dünyada bir elm dili kimi tutduğu yerini yüksəltməyin üsulu, İranşünaslıq və fars dili və ədəbiyyatının ölkə sərhədlərindən kənarda tutduğu yeri araşdırmaq, fars dili və Azərbaycan, fars dili və şiəlik, dini ədəbiyyat və s. Ərdəbildə keçiriləcək toplantının əsas və önəmli mövzuları sayılır”.
Qeyd edək ki, İranda hökumət büdcəsi hesabına Azərbaycan əyalətlərində müxtəlif bəhanələrlə fars dilinin təbliği xüsusunda toplantılar keçirilməsinə şərait yaradıldığı bir şəraitdə, Təbrizdə, Urmiyada və ya Ərdəbildə yerli əhalinin şəxsi maddi yardımı ilə Azərbaycanın türk dili və ədəbiyyatının öyrənilməsi və tanıtdırılması üçün ən kiçik bir yığıncağın keçirilməsinə də icazə verilmir.

Bu xəbər oxucular tərəfindən 799 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |