Şrift:
Həmədan əhalisi türk dilində telekanal istəyir
26.08.2015 [11:04] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Qədim türk yurdu kimi dərin tarixə malik olan Güney Azərbaycanın Həmədan vilayəti fars şovinizminin asimilasyon siyasətindən ağır mənəvi zərbə görsə də, bu torpağın türk əhalisi öz milli kimliliyini unutmayıb.
Məlumata görə, Həmədan vilayəti əhalisi arasında türk dilində televiziya proqramlarının yayılması məsələsi geniş şəkildə müzakirə edilir. Soydaşlarımız vilayət Telekanalında türk dilində verilişlərin yayılmasını istəyir. Bu tələb ölkə prezidenti Həsən Ruhaninin Həmədan vilayətinə səfəri ərəfəsində daha tez-tez dilə gətirilir. Prezidentin səfəri zamanı belə bir tələbin əhali tərəfindən istənilıməsi gözlənilir.

Bu vilayətdə milli kimliyin qorunması uğrunda müxtəlif istiqamətlərdə cəhdlər var. Məsələn son günlərdə Bahar şəhərinin girişində türkcə “Xoş gəldiniz” sözü yazılıb. Həmçinin hər il olduğu kimi bu il də avqustun 21-də tanınmış türk şairi Telimxanın anım mərasimində soydaşlarımız aktiv şəkildə iştirak edib və bu şəkildə türk mədəniyyəti və ədəbiyyatına olan bağlılıqlarını bir daha sübut ediblər.
Bu xəbər oxucular tərəfindən 886 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed