26.08.2015 [11:14] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Enerji naziri Urmu gölünün canlandırılması ilə bağlı 10 illik proqlamlardan söz açıb.
Həmid Çitçian bildirib ki, “Urmu gölünü canlandırmaq üçün bir mərkəz yaradıldı və böhranın araşdırılması daha dəqiq olsun deyə Şərif Sənaye Universitetinın imkanlarından istifadə olundu.”
Nazir əlavə edib ki, “gölün canlandırlması üçün bir sıra proqramlar nəzərdə tutulub. 10 il ərzində 27 layihə həyata keçiriləcək və artıq bu layihələrin lisenziyası (mücəvviz) alınıb. Unutmayaq ki, Urmu gölündə suyun quruması 20 il müddətində baş verib.”
H.Çitçian sözlərinin davamında Urmu gölündə su həcminin sabitləşməsinə işarə edib: “2 ildir Urmu gölündə su həcmi sabitdir və 1395-ci ildən (hicri-şəmsi təqvimi ilə) sonra 8 il ərzində hər il su həcminin artacağına ümid edirik.”
Nazirin sözlərinə görə, “böhrandan çıxmaq üçün nəzərdə tutulan proqramlar arasında gölə su intiqal etmək layihəsi xüsusi yer tutur. Lakin bu iş 3-5 il vaxt tələb edir.”
Qeyd edək ki, Urmu gölü ilə bağlı verilən minlər vəd bu günə qədər yerinə yetirilmədiyi üçün Azərbaycan əhalisi ölkə rəhbərliyinə etimadını itirib. Verilən vədlərə əməl olunmadığı kimi, Urmu gölü ilə bağlı yayılan məlumatların da bir çoxu yalandır. Məsələn yuxarıda qeyd etdiyimiz kimi, nazir 2 ildir göldə su həcminin sabit qaldığını bildirir, lakin bir çox fakt bunun əksini sübut edir. Bu barədə keçmiş xəbərlərimizdə çoxlu məlumat yayılıb.

Bu xəbər oxucular tərəfindən 783 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |