Şrift:
İran rəsmisi: Mədəniyyət baxımdan böyük keçmişi olan Təbriz heykəltəraşlıq nəzərdən zəngin deyil
26.08.2015 [11:17] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Şərqi Azərbaycan əyalətinin paytaxtı sayılan Təbriz Meriyasının Gözəlləşdirmə Təşkilatının rəhbəri Əkbər Əmcədi əyalətdə heykəltəraşlıq sənətinin inkişafı ilə bağlı görülən işlərdən və mövcud problemlərdən danışıb.
Avqustun 23-də Təbrizdə 2-ci Heykəltəraşlıq Simpoziumunun açılış mərasimində çıxış edən Əkbər Əmcədi deyib ki, bu simpozium əyalət şəhərlərində heykəltəraşlıq sənətinin inkişafına yardım göstərmək və şəhərin müxtəlif məkanlarında heykəllərin bir incəsənət əsəri kimi dikəldilməsinə zəmin yaratmaq məqsədi ilə keçirilir: “Bu süimpoziumu keçirməkdə məqsəd estetika ilə bağlı təcrübələrin cəmiyyətə aşılanması, insanları bu incəsənət sahəsi ilə, o cümlədən də bir heykəltəraşlıq əsərinin yaranma prosesi ilə yaxından tanış etmək və onların bu sahədəki bilik səviyyəsini qaldırmaqdır.

Təəssüflər olsun ki, incəsənət və mədəniyyət baxımdan çox qədim və böyük keçmişi olan Təbriz şəhəri heykəltəraşlıq sənəti nöqteyi-nəzərdən zəngin deyil. Elə buna görə də bu simpoziumu Təbriz şəhərində keçirmək qərarına gəldik”.
Bu xəbər oxucular tərəfindən 784 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed