26.08.2015 [11:22] - Gündəm, İqtisadiyyat
Türkiyədə dünyanın iqtisadi cəhətdən ən çox inkişaf etmiş 20 ölkəsini birləşdirən G20 qrupuna sədrliyi çərçivəsində sentyabrın 3-4-də Ankara şəhərində həmin qrupun üzvü olan və dəvət edilən ölkələrin əmək və məşğulluq nazirlərinin toplantısı keçiriləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən daxil olan məlumata görə, tədbirdə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edəcək.
Toplantı zamanı Türkiyənin G20 qrupuna sədrliyi üçün müəyyən etdiyi prioritetlərə uyğun olaraq əmək bazarının inkişaf etdirilməsi və daha inkluziv əmək bazarının təşviq olunması, insan resurslarına sərmayənin artırılması, əmək bazarına dair səmərəli monitorinqin aparılması, iş qüvvəsinə olan tələb və təklif arasında uyğunsuzluğun aradan qaldırılması və s. məsələlər müzakirə olunacaqdır.
Tədbir çərçivəsində maliyyə nazirləri ilə birgə keçirilməsi nəzərdə tutulan sessiyada əmək gəlirlərinin əhalinin ümumi gəlirlərindəki payı, iqtisadi inkişafın məşğulluğun artmasına təsirinin gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsinin aparılması da planlaşdırılır.
Türkiyənin G20 qrupuna sədrliyi dövründəki toplantılarda Azərbaycan tam hüquqlu üzv kimi iştirak etməyə dəvət olunub. Dünya iqtisadiyyatının 90%-ni və dünya əhalisinin üçdə ikisini təmsil edən G20 qrupunun gündəliyində qlobal inkişaf, enerji səmərəliliyi, iqlim dəyişikliyi, yoxsulluğun aradan qaldırılması, ticarət, məşğulluq, qida təhlükəsizliyi və digər məsələlər əksini tapır.

Bu xəbər oxucular tərəfindən 819 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |