Şrift:
Saday Ferecov: - Tarix ən ədalətli məhkəmədir.
26.08.2015 [11:47] - Gündəm, Gənclik, DAVAMın yazıları
Ermənilər təhrif olunmuş tarixi dünyaya çatdırmağa nail olur.Tarix ən ədalətli məhkəmədir.Bəs o haqq olan tarixə nə qədər tarix qalıb?! Bəs xeyir şərə qalib gəlirdi.Bu reallıqdır,və dünya "soyqırımı" tanıyır.Bu tanıma Türkiyə və türk dünyasına "qıcıq olan" dövlətlər,ermənilərdən "soyqırımı" qəbul etmələri müqabilində istədiklərin etdirmələri,müsəlmana qarşı kinin olması bu qənaətə gətirir.Bəs "soyqırım " hardan yarandı? I Dünya müharibəsibəndə Anadoluda yaşayan ermənilərin planlı şəkildə məhv edildiyini göstərən iddiadır.Türkiyə dövləti bunun sadəcə türk-erməni qarşıdurması kimi qiymətləndirsələrdə,dövlət göstərişinin olmadığını irəli sürsədə, dünyanın bəzi ölkələri "soyqırımı" tanıyıb,və bəzi ölkələr bununla əlaqədar qətnamə belə hazırlayıb.Maraqların maraqlarına cavab verən "soyqırım".
1890-cı illərin əvvələrində əsasən Anadolunu şərqində və cənubunda aktivləşən erməni millətçiləri separatçı meylləri artdıqca,üsyanların başlanmasına rəvac verirdi.Van,Sason,Adana üsyanları,1905-ci ildə sui-qəsd cəhdi və təşkilatlanmağı bacaran ermənilər sadə vətəndaşlara belə divan tuturdu.Bu üsyanlar 1915- ci ildə dövlət səviyyəsində yatırıldı.Elə bu üsyanların yatırılması zamanı ölənlərin düşünülmüş hadisə,soyqırım olması düşüncəsi ilə ermənilər bu gün təbliğatın aparmaqdadır.Biriinci Dünya müharibəsi zamanı ermənilərin ruslara sığınması və Osmanlıya qarşı vuruşması nəticəsində 2300-dən çox erməni həbs olunmuşdu.Həbs olunanlar sıradan deyil,hazırlıqlı,Osmanlını parçalayıb ərazi iddiasında olan havadarların dəstəklədiyi liderlər idi.Bu həbslər 1915-ci il 24 aprel tarixində baş vermişdi.Məhz bu tarixi əldə bayraq edən ermənilərin havadarları soyqırım aktı olduğun qəbul edirlər.Görəm "soyqırımı" tanıyan dövlətlər ölkəsində düşməninin havadarlığı ilə separatçı meylli insanlarla necə davranardı?Artıq mayın 27-si Osmanlı dövləti "Köç " qərarı çıxardı.Tarixi mənbələr göstərirki,Osmanlıya qarşı separatçı meylləri olmağına baxmayaraq ermənilərin köçürülmə zamanı qoruyucular,xəstələndikdə həkim yardımı belə var idi.Amma hadisələr heç də Osmanlı dövlətinin istədiyi kimi olmadı.Yolda aclıq,basqınlar zamanı ermənilərin itkisi oldu.
Bəs hansı dövlətlər və təşkilatlar "soyqırımı"tanıdı? XX əsrin ortalarından "qondarma erməni soyqırımı" iddiaları gündəmə gəlmiş və Avropada erməni lobbisi öz işinə başlayır.
Uruqvay 1965-ci ildə və 2004-2005 -ci illər
Cənubu Kipr 1982 -ci il
Argentina1993,2003-2008 ci illər
Rusiya 1995-2005 -ci il
Yunanıstan 25 aprel 1996-ci il
Kanada 1996,2000 və 21 aprel 2004-cü il
Livan 1997-ci il və 11 may 2011- ci il
Belçika 26 mart 1998-ci il
Vatikan 2000-ci il
İtaliya 17 noyabr 2000-ci il
Fransa 18 yanvar 2001
İsveçrə 16 dekabr 2003-cü il
Slovakiya 30 noyabr 2004-cü il
Hollandiya 21 dekabr 2004-cü il
Polşa 19 aprel 2005-ci il
Almaniya 16 iyun 2005-ci il
Venesuela 14 iyul 2005-ci il
Litva 15 dekabr 2005-ci il
Çilio 2007-ci il
Boloviya 2014-cü il
Bu "saxta erməni soyqırımını " Amerika Birləşmiş Ştatlarından 41 ştatın tanıması:Alyaska,Arizona,Arkanses,Koliforniya,Kentukki,Kolorado,Cənubi Kordina,Konnektikut,Delover,Florida,Corciya,Aydaha,Kanzos,Massaçusetts,Miçiqan,Minnisota,Missuri,Montana,İllinoys,Şimali Dakota,Şimali Kardina,Luiziana,Men,Merilend,Nebraska,Nevada,Nyu Hempşir,Nyu Cersi,Nyu Mexiko,Yuta,Vaşinqton,Ohana,Oklahoma,Oreqan,Pensilvanya,Tennessi,Vermont,Viskonsin.Virciniya və Nyu York.
Erməni lobbisinin hədəfi " 4T" adlanır.Bu aşağıdakılardır:
1) "Soyqırım"ın dünyada tanınması
2)Türkiyənin "soyqırımı" tanıması
3)Türkiyənin "soyqırım"a uğramış adamların varislərinə təzminat ödəməsi
4)Türkiyənin şərqində ermənilərə torpaq verilməsi.
Bu istiqamətdə erməni lobbisi inadçıdır və gedişat onu göstərir ki,pillə-pillə " 4T" prinsipin həyata keçirəcəklər.Artıq bir bəndinə nail olmuşlar.Bəs ABŞ Konqresi tanıyacağı halda nə baş verəcək?Heç şübhəsiz ki, Konqresin təsiri ilə Türkiyənin müttəfiqləri belə təzminat və ərazi mövsusunda ermənilərə tərəf olacaq.Zaman-zaman ölkələrin marağından çıxış edib ,zərrə də olsa yararlana bilən ermənilər və erməni lobbisi müxtəlif ölkələrin ədəbiyyatına ,dərsliklərinə belə nüfuz edə bilmişlər.
"Erməni və erməni" Vilyam Saroyan,
" Şimali Amerika erməni ədəbiyyatı"Lorne Şirinyan,
"Yüksələn Evfrat" Karol Edqaryan,
"Evdən gedən yol: erməni qızın əhvalatı"David Xerdiyan,
"Müasir erməni dramı"antologiyası Nişan Parlakyan.
"Talayen qara iti"memuarıPiter Balakyan,
"Rica edirəm.xanımlar və cənablar"Levon Surmeliyan,
"Musa dağında 40 gün"Frans Verfel və belə onlarla ölkələrin dilində müxtəlif tərzdə ,amma eyni mövqedən "soyqırım"adı ilə kitablar ,məqalələr çıxmışdır.
Ermənilər hər qapıdan istədikləri kimi əli dolu qayıtmadı.Təkcə Amerikanı götürsək bu "soyqırım"ın yalan olması ilə bağlı açıqlama verənlər:Bernard Levis,Norman İtrkovits,Stenford Şav,Jan Şmidt,Justin Makkarti.Günter Levi,Brayan Uilyams,David Frankin,Aviqdor Levi,Roderik Davidson.Pyer Oberlinq,Mayl Radi,Edvar Erikson və başqaları .Bu sadaladığım şəxslər sıradan deyil,hər biri nüfuzlu universitetlərdə çalışan elm adamlarıdır.
Tanınmış rus publisisti V.A.Veliçko"Qafqaz"əsərində ermənilər haqqında yazırdı"Ermənilər tez-tez özlərinin himayəçilərini dəyişdirmişlər.Roma,Bizans,İran,Rus,İngilis,Fransız,Almanlarla müttəfiqlik etmişlər.Tarix səhnəsinə yeni-yeni himayədar çıxarkən ermənilər köhnə himayəçilərini bir qayda olaraq satmışlar" Belə deyimlərin sayın çoxaltmaqda olar.
Türkiyə bu məsələyə münasibətində bildirmişdir ki,"soyqırım"ı qəbul edən dövlətlər heç də səmimi deyil.Bizim tərəf həmişə hazırdır ki,tarixçilər bu dövrü araşdırsın.Görünür araşdırmaq istəkləri yoxdur,belə olacağı təqdirdə ermənilərin iç üzü aydın olar.Soyqırımı qəbul edən dövlətlərin maraqların açıqlamışlar:
1)Həmin ölkələrdə erməni azlığın təsiri.
2)Türkiyəyə düşmən münasibət.
3)Türkiyəni Avropa Birliyində görmək istəməyənlər.
4)Özünün törətdiyi soyqırıma suç ortağı axtaranlar.
5)Din
Uruqvay.Argentina.Rusiya,Kanada.Livan.Fransa.İsveçrə və Venesuela dövlətləri ölkələrində erməni azlıqların olması,Yunanıstan və Cənubi Kipr Türkiyəyə düşmən mövqeyindən,Vatikanın dini ünsürlərdən,Fransa,İtaliya.Hollandiya,Belçika,İsveçrə və Polşa Türkiyənin Avropa Birliyində görmək istəmədiyindən.Almaniya,Slovakiya və Latviya tarixən qətliamlar törətmiş kimi özlərinə ortaq axtarışı.İndi aydın oldu ki,"soyqırım"ı qəbul edən dövlətlər heç də səmimi deyilllər.
Türkiyənin haqq səsinə biz də qoşulub ermənilərin əslində kim olduqların və arxiv sənədlərin üzə çıxarılması və faktlarla , videolarla Xocalı soyqırımına hüquqi ad verilməsi üçün birgə əməkdaşlığın labudlüyü görünür.Düzdür bu istiqamətdə işlər görülür,amma görünən odur ki,bütün cəhdlərimiz azdır.Azərbaycanın Krım İcması Ukraynanın Xarkov vilayətində İzyun şəhər şurasının erməni "soyqırı"mının tanınmasını ləğv edə biliblər.İstər Türkiyə,istər Azərbaycan ,istərsə də Rusiya arxivi bizi çox mətləblərə aparacaq.Ermənilərin Rusiya arxivlərində məxfi sənədləri arasında ermənilərin iç üzü aydın olur.Andronikin hərbi birləşmələr yaratması və türklərə qarşı savaşması, I Dünya savaşında çar Rusiyası Ordusunun tərkibində sərbəst şəkildə hərbi birləşmə formasında döyüşən ermənilərə rast gələcik.Türklərə qarşı vuruşan erməni hərbi birləşmələrinin sayı 130 000-dən çox olduğu rəsmi təsdiqlənir.Ermənilər həmin hərbi birləşmələri bu gün dünya ictimaiyyətinə dinc,əli yalın kimi sırıya bilirlər.
Uğur İşik:"Erməni soyqırımı ilə nə Xocalı soyqırımını,nə də Osmanlıya xəyanətinizi pərdələyə,gizlədə bilməzsiniz"
Bu xəbər oxucular tərəfindən 1129 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed