Şrift:
Türk iş adamları Təbrizə gəlir
26.08.2015 [12:46] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Son zamanlar Güney Azərbaycanda gedən ictimai-siyasi proseslər Güneylə Türkiyə və Azərbaycan Cümhuriyyəti arasında əlaqələrin inkişafına əlavə şərait yaradıb.
Bir qrup türk iş adamı İrana qarşı tətbiq edilən sanksiyaların gələcəkdə azala biləcəyini nəzərə alaraq Təbrizə gəlib və bu şəhərdə ticarət əlaqələrinin inkişafını müzakirə etmək istəyir.

25 nəfər iş adamından ibarət olan qrupun payızda Təbrizə gələcəyi planlaşdırılır.

Türk iş adamları maşın sənayesi, inşaat malları, elektron təchizatı, geyim, qida məhsulları, mebel sənayesi və s. kimi sahələrdə fəaliyyət göstərəcək.

Bundan başqa Ankara Ticarət Odasının nümayəndələri İran paytaxtı Tehrana da ayrıca səfər edəcək. Onlar İranla Türkiyə arasında ticarət əlaqələrinin genişləndirilməsi imkanlarını müzakirə edəcəklər.
Bu xəbər oxucular tərəfindən 892 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed