Şrift:
Fərəc Quliyev: “Bütün xalq küçələrə çıxsa da, Ermənistanın perspektivi yoxdur” AÇIQLAMA
26.08.2015 [15:29] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
“Ermənistanda baş verən hadisələr onu göstərir ki, Sarkisyan rejimi tamamilə legitimliyini itirib”. Bu sözləri SİA-ya açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev deyib.

Onun sözlərinə görə, Sarkisyan rejimini dəyişmək ermənilərin əlində olan məsələ deyil: "Ermənistanda sosial-iqtisadi vəziyyət göz qabağındadır. Bu rejimi dəyişdirmək isə ermənilərin əlində olan bir məsələ deyil. Bugünkü vəziyyətdə Ermənistan Azərbaycanın torpaqlarını işğal altında saxlamaq iqtidarında dadeyil, əlbəttə ki, bunu onların ağaları edir. ATƏT-in Minsk qrupuna daxil olan ölkələr məsələ ilə bağlı ölçü götürməlidirlər. Onlar öz hərəkətlərini redaktə etməli, qara gücün arxasından çəkilib, Azərbaycanla əməkdaşlıq etməli, ölkəmizin haqqını, ədalətini tanımalıdırlar. Məsələ burasındadır ki, legitimliyini itirmiş, xalqın etimadını itirmiş bir rejim iş başında qalıb. Ölkədə hər hansı bir dəyişikliyin olub-olmayacağının razılığını Rusiya verəcək. Yəni, bütün xalq belə Sarkisyana qarşı olsa da, əgər Rusiya istəyərsə, bu rejimi dəyişə bilməyəcəklər. Bu yalnız Rusiyanın əli ola bilər. Sarkisyanın “qələmini Rusiya qıracağı" və başqa bir şəxsi iş başına gətirəcəyi halda rejimi dəyişə biləcək. Çünki, Ermənistan bütövlükdə əyalətdir, forpost bir dövlətdir. Azərbaycandan fərqli olaraq Ermənistanın nəinki xarici siyasəti, hətta daxili siyasəti belə yoxdur. Onun valyuta və iqtisadiyyatı tamamilə Rusiyadan asılıdır. Rusiya sanksiyalar qarşısında itdikcə, Ermənistan daha da misgin vəziyyətə düşür”.

Millət vəkili ermənilərin çıxış yolunun Azərbaycan torpaqlarındakı işğalçılıq siyasətini dayandıraraq münasibətləri yaxşılaşdırması olduğunu vurğulayıb: “Ermənilərin yeganə çıxış yolu Azərbaycanın ərazilərini tərk etmək, Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq və öz yerini bilməkdir. Bu ölkənin başqa çıxış yolu yoxdur. Bütün xalq sentyabrın 4-də küçələrə çıxsa da, çıxmasa da Ermənistanın perspektivi yoxdur".

Orxan Faiqov
Bu xəbər oxucular tərəfindən 866 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed