27.08.2015 [10:25] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın tanınmış şairi Fridun Hasarlı avqustun 24-də (şəhrivərin 2-də) Təbrizdə dünyasını dəyişib. Mərhum şair türk dilində bir neçə kitabın müəllifidir.
Ustad Fridun Hasarlı 1316-cı ildə (hicri-şəmsi təqvimi ilə) Kəhriz Yekanda dünyaya göz açıb. O Mərhum Pişəvərinin hökuməti dövründə yəni 1324-cü ildə qısa müddət türk dilində təhsil alıb və yeniyetmə yaşlarından ana dilində şeir deməyə başlayıb. Mərhum ustad öz şeirləri və mövqeyi ilə yeni nəsilin böyük rəğbət və hörmətini qazanıb. Onun oğlu Duman Hasarlı Güney Azərbaycanın tanınmış şairlərindən biridir.
Qeyd edək ki, Yekanat mahalı Güney Azərbaycanın Xoy və Culfa şəhərləri arasında yerləşir. Bu məntəqə öz milli kimliyinə bağlılığı və milli mövqeyi ilə seçilən bir bölgədir. Tarixin dönüş mərhələsi zamanı o cümlədən Məşrutiyyət, Pişəvəri dövrü və Azərbaycan Milli Hərəkatı dövründə Yekanat mahalı xüsusi aktivlik göstərib və Azərbaycana bir neçə böyük şəxsiyyət təqdim edib.

Bu xəbər oxucular tərəfindən 758 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |