Şrift:
Bu gün Urmiyada 6 nəfər edam edilib
27.08.2015 [10:27] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Avqustun 26-sı sübh saatlarında İranın Qərbi Azərbaycan əyalətinin mərkəzi sayılan Urmiya şəhərinin zindanında narkotik maddələrinin qaçaqmalçılığında və terrorda günahlandırılan 6 nəfər edam edilib.
Dar ağacından asılanlardan 5-i narkotik maddələrinin satışı və qaçaqmalçılığında təqsirli bilinib. Həmin şəxslərin kimliyi mediaya açıqlanmayıb.

Siyasi ittihamlara görə edam edilən digər şəxs isə Urmiya zindanında saxlanan kürd fəallarından biri Behruz Alxani olub. Behruz Alxani bir neçə il əvvəl Xoy şəhər prokuroru Vəli Hacı Qulizadənin terrorunda iştirakda, PKK terror təşkilatının İran qanadı sayılan “Pjak” silahlı qruplaşması ilə əməkdaşlıqda və yer üzündə Allaha qarşı müharibə aparmaqda günahlandırılıb.
Bu xəbər oxucular tərəfindən 759 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed