Şrift:
Gürcüstanda 120 həkim məsuliyyətə cəlb edilib
27.08.2015 [10:47] - Gündəm, Borçalı
Gürcüstanda 120 həkim məsuliyyətə cəlb edilib.

Bu barədə Gürcüstan Səhiyyə Nazirliyi bildirib.

Məlumata görə, 2014-cü ildə 40 həkimin sertifikatının qüvvəsi 6 ay müddətinə dayandırılıb və 65 həkim yazılı xəbərdarlıq alıb.

2015-ci ildə həkimlərin məsuliyyətsizliyi ucbatından 30 qadın doğuş zamanı həyatını itirib, 919 körpə isə ölü doğulub. 2015-ci ildə səkkiz həkimə yazılı xəbərdarlıq edilib, yeddi həkimin isə aldığı sertifikatın müxtəlif müddətlərə qüvvəsi dayandırılıb.

Məlumatda həmçinin qeyd olunur ki, Gürcüstanda yarım il ərzində 1 yaşınadək olan 812 uşaq həyatını itirib.
Bu xəbər oxucular tərəfindən 1129 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed