Şrift:
Rəsmi Tehranın sözçüsü Xəzər dənizində itkin düşmüş azərbaycanlı balıqçılardan danışıb
27.08.2015 [13:15] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfxəm avqustun 26-da jurnalistlərə açıqlamasında iki həftə əvvəl Xəzər dənizində balıq tutarkən 4 azərbaycanlı balıqçının İran tərəfindən həbs edildiyi barədə yayılan məlumatları təkzib edib.
Mərziyə Əfxəm deyib ki, avqustun 10-da Xəzər dənizində itkin düşmüş azərbaycanlı balıqçıların ölkənin Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanması barədə yayılan məlumatlar yalandır və o həmin xəbərləri rədd edir: “Problemin həlli üçün İran İslam Respublikası Azərbaycan Respublikası ilə əməkdaşlıq edib və məsələni bu ölkənin Tehrandakı səfirliyi ilə bir araya qoyaraq balıqçılarla bağlı yaranmış problemi onlara izah edib.

Biz isə hadisə yerində aidiyyətli qurumlara tapşırdıq ki, balıqçıların tapılması üçün lazım olan tədbirləri həyata keçirsinlər. Hazırda bizə verilən son dəqiq məlumata görə bu balıqçılar Azərbaycanın öz sərhəd sularında olublar və artıq sağ-salamat geriyə dönüblər. İtkin düşən balıqçılar 9-10 günə qədər qayıqlarında olan azuqə və ərzaqdan faydalanıblar. Sonunda isə onlar imdad qüvvələrimiz tərəfindən tapılıblar.

Dediyim kimi bu şəxslər artıq öz ev-eşiklərinə qayıdıblar. Onların İran tərəfindən saxlanılması barədə yayılan xəbərlər düzgün deyil. Bunlar sadəcə olaraq media şantajından başqa bir şey deyil”.
Bu xəbər oxucular tərəfindən 824 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed