Şrift:
“BMT ciddi qurumdursa, öz qətnamələrinə hörmət etsin” AÇIQLAMA
27.08.2015 [13:19] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
“BMT-nin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qəbul etdiyi 4 qətnaməni həyata keçirməsi üçün kifayət qədər imkanları var”. Bu sözləri SİA-ya açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev deyib.

Onun sözlərinə görə, əgər BMT ciddi qurum olaraq özünə hörmət edirsə, qəbul etdiyi qətnamələrin həyata keçməsinə nail olmalıdır: “BMT Nizamnaməsinin 7-ci bəndi və 41, 42-ci paraqrafları var. Bu paraqraflarda göstərilir ki, qətnamələrin həyata keçirilməsində ya hərbi, ya da qeyri-hərbi sanksiyalar tətbiq edilə bilər. Əgər qətnamə qəbul olunduqdan sonra dinc yolla həyata keçirilmirsə, o zaman alternativlər tətbiq olunur. Amma çox təəssüflər olsun ki, biz Liviyaya tətbiq olunan tələskənliyi Azərbaycan məsələsində 20 ildi görmürük. Burada seleksiya yanaşması mövcuddur. Qanun bütün ölkələrə eyni tətbiq olunmalıdır. Əlbəttə, biz bu məsələni bir daha BMT-də qaldırmalı və onun bu məsələdə qeyri-ciddi qurum olduğunu nümayiş etdirməliyik. Heç bir dövlət BMT-yə hesab verməli deyil. Əgər ciddi qurumdursa və məsələlərə təsiretmə imkanı varsa, öz qətnamələrinə hörmət etsin. Nə bizim dediyimizi, nə də Ermənistan tərəfinin dediyini əsas götürməsin. Özünün qətnamələrində yazdığı prinsiplərin həyata keçirilməsini təmin etsin”.

Orxan Faiqov
Bu xəbər oxucular tərəfindən 854 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed