27.08.2015 [13:28] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Həmədan vilayətinin türk əhalisi fars şovinizminin asimilasyon siyasətindən nə qədər ağır zərbə alsa da, öz doğma kimliyinə biganə deyil.
Məlumata görə, Həmədanda, bu şəhərə səfər edən İran prezidenti Həsən Ruhanidən bir daha təbii və demokratik haqların təmini tələb olunub. Prezidentin səfəri zamanı Həmədan əhalisi türk dilində təhsil tələbini irəli sürüb. Bu zəmində “Ana dildə təhsil hər bir insanın təbii haqqıdır. Biz öz ana dilimizin rəsmi öyrənməsini istəyirik” məzmunlu bir lövhə də yazılıb”.
Soydaşlarımız bununla sübut ediblər ki, türklərin milli hüquqlar tələbi sadəcə Şərqi və Qərbi Azərbaycan, Ərdəbil və Zəncan vilayəti ilə məhdudlaşmır. Həmədan, Qəzvin, həmçinin Kürdistan və Kirmanşah vilayətinə ilhaq edilmiş türk bölgələri və ümumiyyətlə ölkənin müxtəlif məntəqələrində türk dilində təhsil tələbi vazkeçilməz bir həqiqətdir.
Bildirək ki, Həmədan vilayətində milli kimliyin qorunması uğrunda müxtəlif istiqamətlərdə cəhdlər var. Məsələn son günlərdə Bahar şəhərinin girişində türkcə “Xoş gəldiniz” sözü yazılıb. Həmçinin hər il olduğu kimi bu il də avqustun 21-də (mordadın 30-da) tanınmış türk şairi Telimxanın anım mərasimində soydaşlarımız aktiv şəkildə iştirak edib və bu şəkildə türk mədəniyyəti və ədəbiyyatına olan bağlılıqlarını bir daha sübut ediblər.

Bu xəbər oxucular tərəfindən 889 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |