28.08.2015 [11:08] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın dini lideri ayətullah Əli Xamneyi avqustun 26-da hökumət üzvləri ilə görüşərək Amerika və İsrail “düşmənçiliyi”ndən və Qərblə nüvə razılaşmasından danışıb.
Xamneyi deyib ki, o, hökumət və ölkə rəsmilərinin “düşmənlərin hədəfləri” qarşısında kifayət qədər ayıq-sayıq ola bilməməyindən və onların bu məsələyə mümkün diqqətsizliyindən nigarandır: “İnqilabın əvvəlindən bu günə qədər amerikqalıların və sionistlərin inqilaba və islam respublikasına qarşı düşmənçiliyi azalmayıb. Bu gerçəklik ölkə rəsmilərinin zehnindən silinməməli, unudulmamalıdır.
Hesab edirəm ki, ölkə rəsmiləri hər bir şəraitdə düşmən qarşısında inqilabçı mövqedən çıxış etməli, utanıb çəkinmədən və hər hansı bir qorxuya yol vermədən inqilabın mövqe və əsaslarını qorumalı, çıxış etməlidir. Çünki əgər bu işdə qəflət olunsa, birdən birə ayılıb görəcəyik ki, düşmən ölkənin müxtəlif həssas yerlərinə nüfuz edib, mədəniyyət, iqtisadiyyat və siyasət sahəsində təhlükəli işlərlə məşğuldur. Məhz buna görə də biz tam ayıq-sayıq olmalıyıq.
Nüvə danışıqlarının başa çatması məsələsinə gəlincə, hesab edirəm ki, bu indiyə qədər görülən mühüm işlərdən biridir və ümid edirəm ki, bu sahədə və digər məsələlərlə bağlı problemlər tezliklə həllini tapsın”.

Bu xəbər oxucular tərəfindən 854 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |