28.08.2015 [11:21] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Azərbaycanlı milli-mədəni fəal Ayət (Yürüş) Mehrəlibəyli dəfələrlə şərti azadlığa buraxılmasını tələb etsə də, onun bu istəyi məhkəmə tərəfindən təmin olunmayıb.
Hazırda Təbriz zindanında məhbus həyatı yaşayan fəal məhkumluq müddətinin üçdə birini çəkdiyi halda bir neçə dəfə şərti azadlığa buraxılmasını tələb edib, lakin onun istəyi Şərqi Azərbaycan vilayətinin məhkəmə orqanları tərəfindən rədd edilib.
Bildirək ki, fəalın barəsində çıxarılan 9 illik həbs qərarı bir sıra məhkəmə prosesindən sonra 8 ilə düşürülüb.
A.Mehrəlibəyli həbs müddətində sadəcə bir dəfə, o da aclıq aksiyası elan etdikdən sonra məzuniyyətə çıxıb. Azərbaycanlı fəal aclıq aksiyası elan edəndə Culfa zindanına intiqal etməyi tələb etmişdir. Lakin o sadəcə 45 gün sonra yenidən Təbriz zindanına qaytarıldı.
Fəal 1391-ci ilin (hicri-şəmsi təqvimi ilə) son aylarında Mahmud Fəzli, Şəhram Radmehr, Lətif Həsəni və Behbud Qulizadə ilə birlikdə həbs edilib. Onlar qanunsuz qrup yaratmaq, milli təhlükəsizliyi pozmağa cəhd göstərmək və sistemin əleyhinə təbliğdə günahlandırılıb.
Xatırladaq ki, A.Mehrəlibəyli bundan öncə də milli və mədəni zəmində etdiyi fəaliyyətlərə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.

Bu xəbər oxucular tərəfindən 829 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |