Şrift:
Urmu gölünün canlandırılmasını tələb edənlər insan zənciri yaradıb
29.08.2015 [10:17] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizdə təşkil olunan ətraf-mühit konfransından sonra tədbir iştirakçıları Urmu gölünə gedib və gölün böhrandan qurtarılmasını tələb edərək insan zənciri yaradıblar.
İranın ətraf-mühit təşkilatlarının Təbrizdə keçirdiyi tədbirdə Urmu gölünün vəziyyəti bölgənin ən əsas ətraf-mühit məsələsi kimi müzakirə mövzusu olub. İki günlük tədbir başa çatdıqdan sonra ətraf-mühit təşkilatlarının nümayəndəsi Urmu Gölünü Canlandırma Mərkəzinin məsulları ilə birlikdə gölə baxış keçiriblər.

Konfransda formal təşkilat kimi tanınan Urmu Gölünü Canlandırma Mərkəzinin etdiyi işlər barədə raport da verilib. Lakin bütün müşahidələr göstərir ki, Urmu gölündə bu günə qədər heç bir əməli iş görülməyib.

Sonda Urmu gölünün canlandırmasını tələb edənlər 150 nəfərdən ibarət insan zənciri yaradıblar.
Bu xəbər oxucular tərəfindən 960 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed