Şrift:
"Biz Avropa dəyərləri deyəndə bunumu istəyirdik? "
26.01.2012 [23:38] - Gənclik
Azərbaycan Türkiyə Gənclərinin Dostluq Cəmiyyətinin mətbuat katibi Tural İsmayılov Fransa senatının qondarma soyqırım qərarı ilə bağlı Azərbaycanlı gənclərin həssas durumda olduğunu söyləyərək Türkiyəyə qarşı atılacaq hər addımda Azərbaycan gənclərinin sayıq olduğunu qeyd edib.

Tural İsmayılov verdiyi açıqlamada Avropaya inteqrasiya etmək istəyərkən qərbin tam göbəyində belə bir biabırçı durumun yaranması sadəcə üzücüdür deyə vurğulayıb.
"Bu gün Sarkozi timsalında bütün qərb demokratiyası acı bir süqut yaşadı. Əlcəzairdə müsəlmanları qətl edən Fransa öz tarixi səhvlərini kompensasiya etmək avazinə imitasiya ilə məşğuldur.Fransa öz maarifçi keçmişinə tarixinə tüpürmüş oldu"

Tural İsmayılov aktiv ictimai gənclərin bu məsələdə müxtəlif aksiyalara davam edəcəyini söylədi.

davam.az
Bu xəbər oxucular tərəfindən 1302 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed