Şrift:
“Siyasətçilər tarixlə bağlı qərarlar verməməlidirlər”
27.01.2012 [00:41] - Siyasət
Tomas Hammarberq azərbaycanlı deputata cavab verdi

“Siyasətçilər tarixlı bağlı qərarlar verməməlidirlər”, - bu fikirləri AŞ PA-nın plenar sessiyasının dördüncü iş günündə Azərbaycanın qurumda nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın Fransa senatında qəbul olunan qanunla sualına cavabında AŞ-nın İnsan haqları üzrə səlahiyyət müddəti başa çatmış komissarı Tomas Hammarberq deyib.

“Cənab Hammarberq, Fransa Senatı heç bir beynəlxalq məhkəmə tərəfindən təsdiq edilməyən qondarma “erməni soyqırımını” inkar edənlərin cəzalandırılması haqqında qanun qəbul etdi. İnsan Haqları Komissarı kimi necə düşünürsünüz, bu söz və fikir azadlığının məhdudlaşdırılması, insan haqlarına zərbə deyilmi? Bu qanundan sonra Fransada yaşayan 500 min türkün və ümumiyyətlə, qondarma “erməni soyqırımını” inkar edən hər kəsi həbsxanalar və ağır maddi cəzalar gözləyir? İnsan haqları komissarı kimi siz məhz söz və düşüncə azadlığı, insan haqları prizmasından bu qanunu necə qiymətləndirirsiniz?”- deyə Q.Paşayeva soruşub.

T. Hammaberq bunun düzgün yanaşma olmadığını deyib.

“AŞPA-nın Baş katibi Yaqland bu məsələyə toxunub və mən də onun fikirləri ilə tam razıyam. Əlbəttə ki, bu, düzgün yanaşma tərzi deyil və söz və ifadə azadlığını məhdudlaşdırır. Siyasətçilərin tarixi məsələlərə qiymət verməsi məsələsində AŞ-nın Baş katibi Yaqlandın dedikləri ilə razıyam və onu tam dəstəkləyirəm. Siyasətçilər tarixlə bağlı qərarlar verməməlidirlər ”-deyə Hammarberq deyib.

Qeyd edək ki, AŞ-nın Baş katibi T.Yaqland bu məsələ ilə bağlı bildirmişdi ki, tarixlə tarixçilər məşğul olmalıdır və siyasətçilərin tarixlə bağlı qərarlar qəbul etməsini doğru hesab etmir.
Bu xəbər oxucular tərəfindən 1165 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed