Şrift:
Velosipedçimiz Rio olimpiadasına lisenziya üçün növbəti xallarını qazanıb
31.08.2015 [11:17] - Gündəm, İdman
Velosipedçimiz Maksim Averin Rio olimpiadasına lisenziya üçün növbəti xallarını qazanıb.

Azərbaycan Velosiped İdmanı Federasiyasından (AzVİF) verilən məlumata görə, Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku" növbəti Avropa turunda mübarizə aparıb. Velosipedçilərimiz avqustun 30-da Xorvatiyanın paytaxtı Zaqrebdə start götürməklə Sloveniyanın Novo Mesto şəhərində yekunlaşan birgünlük "Klassik Xorvatiya-Sloveniya" yarışında iştirak ediblər.

Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı yürüşündə iştirakçılar 178 km məsafə qət ediblər. "Synergy Baku" üzvlərindən 5 nəfər - Maksim Averin, Yannis Tamuridis, Markus Eybeger, Samir Cəbrayılov və Matey Müqerli finişi yarış qalibi, Sloveniyanın "Adria Mobil" komandasının üzvü Marko Kumpla eyni vaxtda keçiblər - 4 saat, 5 dəqiqə, 6 saniyə.

Fotofinişə əsasən velosipedçilərimizdən ən yüksək nəticə Azərbaycanın Elit yığma komandasının da şərəfini qoruyan Maksim Averinə məxsusdur - 7-ci yer. Bu isə təmsilçimizə Rio-2016 Yay Olimpiya Oyunlarına daha 6 lisenziya xalı qazandırıb. Bununla da Maksimin 4 illiyin zirvə yarışında iştirak üçün topladığı xalların ayı 148-ə çatıb.
Bu xəbər oxucular tərəfindən 703 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed