31.08.2015 [12:01] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Avqustun 29-da (şəhrivərin 7-də) Güney Azərbaycanın Ərdəbil şəhərində bu şəhərin “Şəhrdari” komandası ilə İsfahanın “Geyti pəsənd” takımı arasında futbol müsabiqəsi keçirilib. İran futbolunun 1-ci dəstə liqa müsabiqələri çərçivəsində keçirilən müsabiqə Ərdəbilin Təxti stadionunda baş tutub.
Məlumata görə, yarışda Ərdəbil komandası güclü oyun nümayiş etdirib və öz rəqibini (3 – 0) hesabı ilə məğlubiyyətə uğradıb. Bu nəticədən sonra “Şəhrdari” komandası toplam olaraq 3 oyunda öz imtiyazını 7-yə yüksəldib və öz yerini cədvəldə daha da möhkəmləndirib.
Stadionda tamaşaçı qismində iştirak edən soydaşlarımız isə bu müsabiqədə doğma komandanı yalnız buraxmayıb. Onlar oyunçuları təşviq etməklə yanaşı milli şüarlar da səsləndirib.
Ən əsas şüarlar isə oyun bitdikdən sonra stadion ətrafındakı xiyabanlarda səsləndirilib. Şüar səsləndirən soydaşlarımızı çoxsaylı təhlükəsizlik qüvvələri nəzarətdə saxlamağa çalışıb.
Soydaşlarımız bu şüarlarla şəhəri lərzəyə gətirib:
- Azərbaycan var olsun – İstəməyən kor olsun
- Azərbaycan timləri – Fərqi yoxdur rəngləri
- Federasyone İran – Doşməne Azərbaycan
- Hava yaman dumandı – “Heyran” Azərbaycandır
- Azərbaycan var olsun – “Səda-sima” xar olsun
Həmçinin soydaşlarımız hazırda Ərdəbil zindanında məhbus həyatı yaşayan tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisanin də azadlığını tələb ediblər. Lisani və digər məhbus fəalların azadlığını istəyən ərdəbilli soydaşlarımız plakatlar qaldırıb və “Ölkəmiz abad olsun – Lisani azad olsun” kimi şüarlar səsləndiriblər.
VİDEO:

Bu xəbər oxucular tərəfindən 785 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |