Şrift:
Qəzvində 170 kəndə tankerlərlə su çatdırılır
31.08.2015 [15:14] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycan vilayətlərində mərkəzdən uzaq kənd və qəsəbələrdə içməli su qıtlığı problemi yaşanır. Bu barədə dəfələrlə bölgə əsalisi və yerli məsullar çağırış etsələr də, dövlət tərəfindən heç bir tədbir alınmır.
Qəzvin vilayətinin kəndlər üzrə su və kanalizasiya şirkətinin müdir-amili bu vilayətin bir çox kəndində içməli su problemi ilə bağlı həyəcan təbili çalıb.

Məhəmməd Əlizadə bu barədə deyib:

“Qəzvin vilayətinin 170 kəndinə səyyar şəkildə və tankerlər vasitəsi ilə su çatdırılır. Bu kəndlərdən 15 kəndin əhalisi səyyar tankerlər vasitəsi ilə daşınan suyu qablara doldurur və istifadə edir. Lakin qalan kəndlərdə gətirilən su xüsusi su anbarlarında saxlanılır və kənd şurasının nəzarəti ilə su təchizatı sistemi vasitəsi ilə əhali arasında paylanılır. Məsrəf olunan suyun miqdari isə evlərdə qoyulan sayğac vasitəsi ilə kontrol olur.”

Onun sözlərinə görə, “hər səyyar su servisi üçün 800-dən bir milyon riala qədər vəsait xərclənilir.”

Əhalini suyun məsrəfində diqqətli olmağa çağıran M.Əlizadə qeyd edib ki, “hər il yayın əvvəlindən payızın axırlarına qədər bu kəndlərdə su qıtlığı problemi yaşanır. Bunun səbəbi isə su məsrəfinin artması, quraqlıq, su qaynaqlarının azlığı, yeraltı suların azalması və suyun buxarlanması ilə bağlıdır.”
Bu xəbər oxucular tərəfindən 797 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed