31.08.2015 [17:36] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycan bölgələrində olan ayrı-seçkilik siyasəti və bu bölgənin acınacaqlı iqtisadi durumunu zaman-zaman yerli məsulların dilindən eşitmək mümkündür.
Xəlxal və Kosərin İran parlamentindəki millət vəkili Ərdəbil vilayəti idari şurasının keçirdiyi iclasda bir neçə önəmli məsələyə toxunub.
Cəlil Cəfəri deyib: “İqtisati altyapı baxımından zəif və az inkişaf etmiş bir vilayətdə yaşayırıq. Caddələrimizin vəziyyəti də yaxşı deyil.
Fars vilayətində iş fəsilinin uzun olmasına baxmayaraq artıq ayrılan büdcə təhvil verilib. Lakin bizdə iş fəsili qısadır və buna rəğmən hələ də bir rial büdcə təhvil verilməyib. İş fəslinin yalnız bir ayı qalıb, və təəccüblü odur ki, icra orqanları bu günə qədər büdcə gözləyir.
Xalxal və Kosərdə işsizlik tüğyan edir. Ona görə də bu günə qədər zəif əməl etdiyimiz sahədə, yəni sərmayə cəzb etməkdə aktiv olmalıyıq. Ola bilsin ki, bu şəkildə bir sıra problemləri aradan aparmaq mümkün olar.”
Millət vəkili əlavə edib ki, “Rəşt-Qəzin dəmiryoluna 170 milyard tümən büdcə nəzərdə tutulub, lakin Ərdəbil-Miyana dəmiryoluna bir rial belə büdcə ayrılmayıb. Təəccüblü odur ki, Ərdəbil-Miyana dəmiryolunda işlər Rəşt-Qəzvin dəmiryolundan daha tez başlayıb.

Bu xəbər oxucular tərəfindən 789 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |