Şrift:
Türkiyədə Güney Azərbaycan və İran Türklərinin Tanıtım Sərgisi
01.09.2015 [10:31] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güneyli fəallar Türkiyənin Ankara və Uşak şəhərlərində “Güney Azərbaycan və İran Türklərinin Tanıtımı” adlı foto sərgiləri təşkil edib.

Avqustun 29-da Ankaranın Qızılay meydanı və avqustun 26 və 27-də Uşak şəhərində təşkil olunan foto sərgilərdə Azərbaycan və İranın digər bölgələrində yaşayan türklərin müasir tarixi, mədəniyyəti, tanınmış şəxsiyyətləri, gündəlik həyatı, məruz qaldığı basqılar və ayrı-seçkiliyə qarşı apardıqları mübarizələrini təsvir edən foto-şəkillər nümayiş etdirilib.

Sosial şəbəkələrdə yayılan məlumata istinadən sərgi Türkiyədə yaşayan güneyli fəallar Kərim Yekanlı, Əziz Qardağlı və Lalə Aral tərəfindən keçirilib.

Əziz Qaradağlının Uşak şəhərinin yerli televiziyasıEgem TV ilə müsahibəsində söylədiklərinə görə, Güney Azərbaycan və İran Türklərinin Tanıtım Sərgisi “Birinci Dünya Müharibəsi zamanı və sonradan yaşanan zülmlər, sürgünlər və günümüzə qədər gələn bu tərz olayları və ayrıca kültürəl və sosial olayları” anladıb.
Bu xəbər oxucular tərəfindən 750 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed