Şrift:
Bakıda marşrut xətlərində dəyişikliklər bir həftə sonra qüvvəyə minəcək
01.09.2015 [10:41] - Gündəm, Bildiriş
Bakıda 1 saylı marşrut avtobusunun fəaliyyətə başlama vaxtı texniki səbəblərdən 1 həftə müddətinə uzadılır. Bu barədə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzində deyiblər.

Belə ki, 1 saylı marşrut avtobusu sabahkı tarixdən yox, təqribi olaraq 6-7 gün sonra fəaliyyətə başlayacaqdır. Bu səbəbdən hələlik digər (11, 8, 136, 184) marşrut xətlərində dəyişikliklər də 1 saylı marşrut avtobusu fəaliyyətə başladığı gündən tətbiq olunacaqdır.

Qeyd edək ki, bu müddətin uzadılması ləğv olunan 100 və 132 saylı marşrut avtobuslarına aid deyil.
Bu xəbər oxucular tərəfindən 819 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed