01.09.2015 [10:53] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran və Güney Azərbaycanda təhsil ocaqlarının açılışına sayılı günlər qalır. Bu münasibətlə hər il olduğu kimi, bu il də soydaşlarımız tərəfindən müxtəlif etiraz aksiyalarının həyata keçiriləcəyi gözlənilir.
Son günlərdə sosial şəbəkələrdə “1 Mehr” təhsil ocaqlarının açılışı günü münasibəti ilə “A ğ Qələm” kampaniyasının keçiriləcəyinə dair Bildiri yayılır. Bildiridə dünya əhalisinin 300 milyondan çoxunun türk dilində danışdığı və bu dilin tarixi əhəmiyyəti xatırladılır.
Sosial şəbəkələrdə İranda ana dildə təhsil almağın qeyri-mümkün olması və 30 milyondan çox Azərbaycan türklərinin ana dilindən məhrum edilməsi insan haqlarına zidd olan bir fakt kimi müzakirə edilir və rejimin bu ayrı-seçkilik siyasətinə kəskin etirazlar səsləndirilir.
Məlumata görə, soydaşlarımız təhsil ocaqlarının açılışı günü (hicri-şəmsi təqvimi ilə mehr ayının 1-də) “Ağ qələm” adlanan etiraz kampaniyasına başlayacaq. Onlar bu vasitə ilə öz birliklərini bir daha nümayiş etdirib və rejimin türk dilində təhsilə qoyduğu qadağanı məhkum edəcəklər. Soydaşlarımızın əllərində Ağ Qələm tutaraq uşaq bağçaları, ibtidai və orta məktəbləri və həmçinin universitetlərdə hazır olacağı gözlənilir.

Bu xəbər oxucular tərəfindən 853 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |