01.09.2015 [11:09] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) İdarəsinin Məlikan şöbəsinin məmurları azərbaycanlı milli-mədəni fəal Mehdi Kuxiyanın evinə hücum edib.
ETTELAAT məmurları Bazar günü saat 23 radələrində M.Kuxiyanın ata evinə hücum edib və fəalı yaxalamaq istəyib. Məhkəmə hökmü ilə evə müraciət edən məmurlar azərbaycanlı fəalı yaxalamağa nail olmayıb.
Məmurların dediyinə görə, onlar bununla M.Kuxiyanın 2-ci gün (seşənbə günü) Zəncanda keçirilməsi gözlənilən mərasimə qatılmasını əngəlləmək istəyib.
Oxşar xəbər Güney Azərbaycanın Urmiyə şəhərindən gəlib. Zəncanda keçiriləcək mərasimə qatılacağı ehtimal olunan Azərbaycanlı fəal məmurların təhdidi ilə üzləşib. Qulam Qulizadə mərasimə qatılmaması üçün mülki geyimli məmurlar tərəfindən təhdid edilib.
Qeyd edək ki, yuxarıda adlarını çəkdiyimiz azərbaycanlı milli-mədəni fəallar bundan öncə də mədəni fəaliyyətlərinə görə dəfələrlə saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıblar.

Bu xəbər oxucular tərəfindən 789 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |