Şrift:
Qərbi Azərbaycan valisi işsizlik problemindən danışıb
02.09.2015 [09:01] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın müxtəlif bölgələrində işsizlik problemi getdikcə kəskinləşir. Ölkə iqtisadiyyatında olan gərginlik və Azərbaycan vilayətlərinə olan ayrı-seçkilik siyasəti nəticəsində bir çox iş müəssisəsi fəaliyyətini dayandırır, bu isə işsizlərin sayını daha da artırır.
Bu barədə danışan Qərbi Azərbaycan valisi problemi etiraf edib. Qurbanəli Səadət Qoşaçayda abadlıq və inşaat layihələrinin aşılısı mərasimində işsizlik probleminin ciddi olduğunu bildirib.

Vali bildirib ki, “hazırda Qərbi Azərbaycanda 40000 nəfər ali təhsilli cavan işsizdir və onların bu problemi çözülməlidir.”

Q.Səadət vurğulayıb ki, “artıq dedi-qodu vaxtı keçib. Biz gücümüzə səfərbər edib və əhaliyə xidmət etməliyik. Biz mübahisə etmək yerinə insanlara iş imkanları yaratmalıyıq.”

Urmu gölü böhranına da diqqət ayıran vali gölün ağır vəziyyətdə olduğunu bildirərək bu zəmində Ətraf-Mühit Təşkilatı, Təbii Mənbələr və s. kimi icra orqanlarında müəyyən işlərin aparıldığını bildirib.
Bu xəbər oxucular tərəfindən 760 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed