Şrift:
Almaniyada “Azərbaycan Günü” keçirilib
27.01.2012 [12:09] - Diaspor
Almaniyada təhsil alan Azərbaycanlı tələbələr “Azərbaycan Günü” keçiriblər.

Bu haqda Almaniyadan Berlin Frei Universiteti və Potsdam Universiteti magistr Rəqsanə Civişova bildirib.

“Tədbir Almaniyanın Potsdam şəhərində keçirildi. Tədbirdə Azərbaycanın siyasəti, iqtidisadiyyatı və mədəniyyətini əks etdirən prezentasiyalar təqdim olundu, təqdimat zamanı 20 Yanvar hadisələrinə xüsusilə geniş yer verildi.

Bundan əlavə Ermənistanın Azərbaycana olan işğalçılıq siyasətindən də bəhs olundu. Tədbir qarşılıqlı fikir mübadiləsi ilə davam edirdi”, - deyə R.Civişova qeyd edib.

Sonda tədbirin mədəni hissəsində “Xalq Ulduzu” yarışmasının keçmiş iştirakçılarından olan Şahvələd Nağıyev Azərbaycan Xalq musiqisinin inçilərindən ifa edib.

Elnur Eltürk
Bu xəbər oxucular tərəfindən 1218 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed