03.09.2015 [13:58] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Tehranın yol polisi idarəsinin rəisi Seyid Teymur Hüseyni sentyabrın 2-də jurnalistlərə açıqlamasında paytaxt küçələrində avtomobil sürərkən hökumətin istədiyi qaydada hicaba riayət etməyən qadın sürücülərinə xəbərdarlıq edib.
Seyid Teymur Hüseyni deyib ki, sürdükləri avtomobilin içində hicabına lazımi qədər riayət etməyən və ya başıaçıq oturan qadın sürücülər məsuliyyətə cəlb edilərək polid bölməsinə aparılacaq: “Həmin qadın sürücülərinin avtomobili saxlanılacaq. Avtomobil sərnişinlərinin islami dəyərləri pozan hərəkətlərinin qarşısını almaq yol polisinin həmişə əsas vəzifələrindən biridir.
Bu, təkcə indi yox, keçmişdə də belə olub və polis bu işə həssaslıqla yanaşıb. Hicabına riayət etmədiyinə görə saxlanılan qadın sürücələrinin isə pul cəriməsi ödəməsi məsələsi hələlik nəzərdə tutulmayıb. Lakin həmin qadınların avtomobili saxlandıqdan sonra özləri də polis bölməsinə aparılacaq və sonradan onların barəsində qərar veriləcək”.

Bu xəbər oxucular tərəfindən 695 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |