Şrift:
Xarici işlər naziri Elmar Məmmədyarov Pakistan Senatının Xarici əlaqələr komitəsinin sədri senator Nuzhat Sadiqi qəbul edib.
03.09.2015 [19:06] - Xəbərlər, Türk dünyası-Turan
XİN-in mətbuat xidmətindən verilən məlumata görə, 1-3 sentyabr 2015-ci il tarixində Bakıda keçirilən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Qadınlar qolunun 3-cü iclasında iştirak çərçivəsində Bakıya səfər etdiyini deyən N.Sadiqi tədbirin yüksək səviyyədə təşkil edildiyini və faydalı müzakirələr aparıldığını nəzərə çatdırıb.

O, Azərbaycanın dinamik inkişafı və əldə etdiyi nailiyyətlərinə Pakistan xalqının səmimi-qəlbdən sevindiyini qeyd edib. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın Pakistandakı humanitar məsələlərə diqqət və qayğısının, o cümlədən Pakistanda baş vermiş zəlzələ və sel daşqını kimi təbii fəlakətlər zamanı qardaş Azərbaycan xalqının göstərdiyi humanitar yardımın yüksək qiymətləndirildiyini nəzərə çatdırıb.

E.Məmmədyarov Azərbaycan ilə Pakistan arasında siyasi münasibətlərin yüksək inkişaf səviyyəsinə malik olduğunu qeyd edərək, birgə səylərlə iqtisadi-ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi zərurətini diqqətə çəkib.

Beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında əməkdaşlığı qeyd edən nazir beynəlxalq hüququn prinsipləri və BMT Nizamnaməsinə uyğun olaraq, Pakistanın Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalına qarşı birmənalı mövqeyinin və münaqişənin həlli prosesində Azərbaycanın ədalətli mövqeyinə göstərdiyi dəstəyin yüksək dəyərləndirildiyini vurğulayıb.

Görüşdə yüksək səviyyəli qarşılıqlı səfərlərin və parlamentlərarası əlaqələrin iki ölkə arasında ənənəvi dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafına xidmət etdiyi vurğulanıb.
Bu xəbər oxucular tərəfindən 942 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed