Şrift:
Saatlı rayonunda işsiz gənclər üçün təlimlər keçirilib
04.09.2015 [10:42] - Gündəm, Gənclik
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə işsizlik problemi ilə bağlı daha bir layihə həyata keçirilib.
“Gənclərin Elmi İnkişafına Dəstək” İctimai Birliyinin təşkilati təşəbbüsü ilə Saatlı rayonunda həyata keçirilən “ Qaçqın və məcburi köçkün gənclərin məşğulluq imkanlarının artırılması məqsədi ilə təlimlərin təşkili” lahiyəsi başa çatıb. Bu barədə Birlikdən verilən məlumata görə layihə çərçivəsində 8 günlük təlim-məlumatlandırma sessiyaları keçirilib. Ümumilikdə isə layihənin icra müddəti 3 ay olub. Layihə çərçivəsində işsiz gənclər üçün kiçik sahibkarlıq fəaliyyəti, kompyuter bilgiləri, ictimai iaşə xidmətləri bacarıqları, asudə vaxtının təşkili və s. istiqamətlərdə təlimlər keçirilib. Təlim çərçivəsində iştirakçılarına motivasiya məktublarının hazırlanması, CV- lərin düzəldilməsi, dövlət quluğuna qəbul, Elektron hökumətdən istifadə qaydaları haqqında ətraflı məlumat verilib. Təlimlərin sonunda məşğulluq və əmək münasibətlərinə dair gəncləri maraqlandıran çoxsaylı suallar cavablandırılıb.
Bu xəbər oxucular tərəfindən 930 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed