Şrift:
Azərbaycanlı fəalların Səid Mətinpurla görüşü davam edir
04.09.2015 [12:43] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Keçən günlərdə azadlığa buraxılan tanınmış azərbaycanlı fəal, jurnalist və insan haqları fəalı Səid Mətinpur Azərbaycan Milli Hərəkat fəallarının diqqət mərkəzindədir.
Xəbər verdiyimiz kimi, fəallar Azərbaycanın müxtəlif şəhər və kəndlərindən Zəncan şəhərinə gəlib və Səid Mətinpurla görüşürlər. Onlar azadlığa buraxılan fəal, onun ailəsi və yaxınlarını təbrik edir və Azərbaycanın milli-demokratik hüquqları uğrunda çəkdiyi zəhmətlərə görə təşəkkür edirlər.
Baş tutan görüşlərdə digər məhbuslar o cümlədən Abbas Lisani və onun ailəsinə edilən təzyiqlərdən də söz açılır.
Son görüşdə isə tanınmış fəal, musiqi ustadı Həsən Dəmirçinin də görüşə gələn fəallar arasında olduğu bildirilir. Ustad Dəmirçi S.Mətinpurun cəsarət və mübarizəsini alqışlayaraq ona tarixi şəxsiyyət mərhum Sattarxanın tablo üzərində çəkilmiş şəkilini hədiyyə edib.
Mərasim Azərbaycan musiqisinin ifası ilə sona çatıb.
Qeyd edək ki, S.Mətinpur avqustun 26-da (şəhrivərin 4-də) məhkumluq müddətini çəkdikdən sonra və anayasanın 134-cü maddəsinə uyğun olaraq 7 il həbsdən sonra şərti azadlığa buraxılıb.
Bu xəbər oxucular tərəfindən 809 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed