27.01.2012 [12:56] - Xəbərlər
XIX əsrin ortalarından başlayaraq Şərqin ən güclü zəka sahibləri islam dünyasının Qərbdən çox geri qalmasının səbəbləri və bunun aradan qaldırılma yollarının axtarışı ilə məşğul idilər.
Özü də zamanla bu gerilik siyasi, iqtisadi, mədəni və hərbi sahələrdə müsəlman xalqlarının taleyi üçün getdikcə daha təhlükəli hədd alırdı. Və islam dünyasının bu aydın zəka sahiblərinin arasında özünün bütün şüurlu həyatını Şərqlə Qərbin inkişaf səviyyələri arasındakı bu uçurumun aradan qaldırılmasında daha optimal yollarının axtarışına, eyni zamanda müsəlman xalqlarının təkamülünün təmin olunmasına həsr edən Əhməd bəy Ağaoğlu xüsusilə seçilirdi.
XIX-XX əsrin qovuşuğunda islam dünyasının ən inkişaf etmiş nümayəndələrinin belə şüuru dini mənsubiyyətlə – etnik identikliyin rüşeym vəziyyəti ilə müəyyən olunurdu. Bu səbəbdən də müsəlman Şərqinin düşdüyü sistemli böhrandan çıxış yollarının da islam çərçivəsi daxilində axtarılmasında təəccüblü heç nə yoxdur. Bu baxımdan, gənc Əhməd bəy də istisna təşkil etmirdi, onun fikrincə, bütün müsəlman dünyasının “sonsuz məhvi” təhlükəsini vəd edən böhranlı vəziyyətdən çıxışı islamın öz daxilində axtarmaq lazımdır.
Öz fəaliyyətinin başlanğıcında Ə.Ağaoğlu səmimi şəkildə inanırıdı ki, “nə Quran, nə şəriət özü-özlüyündə təkamülə zidd deyil”. Yalnız din daşıyıcıları – şeyxlər və üləmalar öz şəxsi maraqlarından çıxış edərək, islama “sivilizasiya ilə barışmaz” xarakter verməyə çalışırdılar. Ə.Ağaoğlu hesab edirdi ki, “müsəlman dünyasının oyanması, onun sivilizasiyalı xalqlarının dairəsinə daxil olması üçün güclü sarsıntı lazımdır; vacibdir ki, müsəlmanlar da reformasiya epoxasını keçsinlər, bizim də aramızda möhkəm iradəsi olan, həddən artıq fədakar adam tapılsın”.
Ə.Ağaoğlunun fikrincə, belə islahatçı hər şeydən öncə islamda, onun tarixində və ənənələrində istinadgah tapmalı idi. Özü də islam dünyasının bütün əsas problemlərinin səbəbini o, qadının müsəlman cəmiyyətində arzuolunmaz vəziyyətində görürdü. Ə.Ağaoğlu yazırdı: “Onun barədə danışmaq kədərlidir, daim canlarını və ruhlarını əzən qaranlıq həyata məhkum edilmiş bacın və anan barədə laqeydliklə danışmağa gücün çatmır”. Onun sözlərinə görə, əsasən məhz qadının ağır və ümidsiz vəziyyəti bütün müsəlman irqinin fiziki və əxlaqi pozğunluğuna gətirib çıxarıb.
Ə.Ağaoğlu heç şübhə etmirdi ki, müsəlmanların xilası, onların əxlaqi, maddi və hətta siyasi yüksəlişi istisnasız olaraq iki məsələnin – qadın və əlifba məsələsinin həllindən asılıdır. Bununla yanaşı, o əmin idi ki, yalnız azad və şüurli şəxsiyyət , cəmiyyətin tamhüquqlu üzvü olmaqla müasir müsəlman qadını islam dünyasında ictimai təkamülün hərəkətverici qüvvəsinə çevrilə bilər.
Ə.Ağaoğlu müsəlman qadının dustaqlığının islam dininin öz mahiyyətindən doğduğunu düşünən müəlliflərin mövqeyini ciddi qəbul etmirdi. O xəbərdar edirdi ki, keçmişə baxmadan, əvvəlcə ərəblərdə qadına islamaqədərki münasibətini öyrənmədən islamın zərif cinsə münasibəti barədə bir söz demək olmaz.
Qeyd etmək kifayətdir ki, islamaqədərki mərhələdə ərəb üçün qızının doğulması pis əlamət və tanrıların ona xoş olmayan münasibətinin əlaməti idi. Qızları torpağa basdırır, qul kimi satır və ya hansısa ev heyvanına dəyişirdilər. Heç bir hüququ olmayan qadınlar həm ərlərindən, həm də kişi cinsindən olan doğmalarından heç bir irsə varis ola bilməzdilər.
Bu səbəbdən də, Ə.Ağaoğlu iddia edirdi ki, məhz “Quran böyük, xeyirxah cəhd edib: o, Asiyada qadını yüksəldib, ona Şərqdə görünməmiş, eşidilməmiş hüquqlar verib və onu kölədən həyat yoldaşına və anaya çevirib”.
Tarixdən dəqiq məlumdur ki, islamın mövcud olduğu erkən mərhələlərdə, xüsusən də Məhəmməd Peyğəmbərin və ilk xəlifələrin zamanında qadınlar kişilərlə sərbəst ünsiyyət saxlaya, hər iki cinsdən qonaq qəbul edə, onlarla küçədə gəzə, məscidləri ziyarət edə bilirdilər.
Düzdür, imkanlı müsəlmanların evləri iki bölməyə – qadın və kişi bölmələrinə ayrılırdı. Sonuncu hərəm adlansa da, onun müasir hərəmlə heç bir əlaqəsi yoxdur, o nə fars əndərununa, nə də yunan ginekeyinə bənzəmirdi. Bu daha çox Avropa qadınlarının müasir salonlarını xatırladırdı və orada ev sahibəsi olan müsəlman qadını hər iki cinsdən olan şəxsi qonaqlarını qəbul edə bilərdi. O, öz bölməsində işlə məşğul olan ərinə maneə törətmədən əyləncə axşamları təşkil edirdi.
İslamın erkən dövrlərində belə azad müsəlman qadınına misal olaraq, Ə.Ağaoğlu Məhəmməd Peyğəmbərin nəticəsi, Fatimənin nəvəsi, İmam Hüseynin qızı Sükeynənin adını çəkir, bu qadın biliyinə, ağlına və zərifliyinə görə “öz dövrünün ən parlaq qadını idi”. Onun evində o zaman məşhur olan şairlərin, hüquqşünas və alimlərin məclisləri toplaşırdı. Digər müsəlman qadınları da onunla rəqabətə girməklə o zamankı cəmiyyətin “qaymaqlarını” özlərinə cəlb etmək istəyirdilər.
Ə.Ağaoğlunun sözlərinə görə, müasir müsəlman qadınlarının əqli və əxlaqi aşınmasının ən yaxşı sübutu o faktdır ki, “Sükeynənin məzarı, demək olar ki, unudulub və onun xatirəsi müsəlmanların yaddaşından silinib”.
Müsəlman qadınlarının dustaqlığına gəlincə, bu proses, Ə.Ağaoğlunun fikrincə, Abbasilər dövründən başlamışdı və xəlifətin dövründə bir neçə nəsil şahların əyanları və vəzir qismində dövləti idarə edən fars bərməki sülaləsinin təsirinin artması ilə bağlı idi. Öz vəziyyətinə görə Fars İmperiyasına minnətdar olan Abbasi sülaləsi özünü daha çox fars əyanları ilə əhatə etmişdi və bir çox hallarda Sasani sülaləsini təqlid edərək ərəblərə fars əxlaq və adətlərini “köçürməyə” çalışırdı.
Xilafətdə fars təsirinin güclənməsinin nəticələri islam cəmiyyətində qadınların taleyi üçün, həqiqətən də, fəlakətli oldu. Bu münasibətilə Ə.Ağaoğlu yazırdı: “Fars dövləti təkcə xüsusi-milli dini şiəlik formasının icad və onun ağuşuna bir yığın təriqəti daxil etməklə deyil, həm də ərəb məişətinin möhkəm dayaqlarını zəiflətməklə islamı təhrif etdi və beləliklə, özünün itirdiyi gücünün, şöhrətinin, müstəqilliyinin qisasını aldı. Abbasilər zamanında Sasanilər və Artakserkslər Ömərilər və Ələvilər üzərində hakim olmağa başladılar. Bu ümumi tendensiya müsəlman qadınlarını da öz arxasınca apardı, onlar əvvəlcə hiss olunmadan, sonra tamamən öz fərdiyyətlərini itirməli idilər, çünki farslarda əsarət və poliqamlıq çoxdan mövcud idi və bu, ən qədim adət-ənənələr və müqəddəs kitablarla sanskiyalaşdırılırdı”.
Abbasilərdə fars əxlaqının hakimliyi qurulduqdan sonra islam dünyasında qadın azadlığı tendensiyaları yalnız türklərdə və ispan mavrlarında qalırdı, pozucu fars təsiri onlara bir qədər sonra nüfuz etdi. Ə.Ağaoğlunun da qeyd etdiyi kimi, türk qəbilələrində qadın ənənəvi olaraq kişinin yaxın köməkçisi və yoldaşı hesab olunur, həyatın bütün təhlükələrini və fəlakətlərini onunla bölüşürdü. Bu səbəbədən də türk qadınları, demək olar ki, kişilərlə eyni hüquqlara malik idilər. Və hətta türklərin islamı qəbul etdikləri ilk zamanlarda belə türk qadınının ictmai statusunda gözəşarpan dəyişikliklər olmadı.
Ə.Ağaoğlunun fikirncə, yalnız mavrların İspaniyadan qovulması və türklərin fars əxlaqının təsirinə düşməsi ilə islam dünyasında qadın azadlığı aradan qalxır. Və qadın itaətkar və hüquqsuz varlığa çevrilir. Özü də qadın azadlığının bəzi izləri bu gün də qalır. Ə.Ağaoğlunun sözlərinə görə, bir fakt da bunu sübut edir ki, “hətta indi şəhər həyatı yaşayan türklərdə belə qadın o qədər əzilib və kölələşdiyi halda, köçəri türklərdə qadın əsarətin nə olduğunu bilmir”.
Ə.Ağaoğlu hesab edirdi ki, yalnız islamda fars təsirinə son qoymaqla qadının cəmiyyətdə azad və müstəqil vəziyyətini bərpa etmək olar. Məhz qadın azadlığını o, islam dünyasının təkamülünün və inkişafının zəruri şərti sayırdı. Təəssüf ki, bütünlükdə XX əsr ərzində islam dünyasında bu məqsədə çatmaq və qadına onun cəmiyyətdə layiq olduğu yeri təmin etmək mümkün olmayıb.
Bundan başqa, bizim günlərimizdə minilliklər əvvəl olduğu kimi, İran bu məsələdə ultrareaksion mövqe tutmaqla bütün islam dünyasını orta əsrlər zülmət və cəhalət girdabına sürükləyir.
Aydın Balayev
tarix elmləri doktoru

Bu xəbər oxucular tərəfindən 2150 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |