05.09.2015 [11:27] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran Urmiya gölünün bərpası üçün tarixinin ən bahalı ətraf mühit layihəsinə start verib.
Belə ki, 6 milyard dollar dəyərində olan layihə gölü 10 il ərzində əvvəlki vəziyyətinə qaytarmağı hədəfləyir.
Layihənin birinci mərhələsi 660 milyon dollar olacaq, suvarma və infrastruktur üçün 88 müəssisə inşa ediləcək.
Qeyd edək ki, Urmiya gölü Güney Azərbaycanın Şərq və Qərb vilayətlərinin ortasında yerləşir. Sahəsi təxminən 6 min kv/km olan Urmiya gölünün 70 faizi 50 il ərzində tamamilə quruyub və şoranlığa çevrilib. Göldəki suyun səviyyəsi isə 1995-ci ildən azalmağa başlayıb. İran rəsmiləri hazırda hövzənin yalnız 7 faizində su qaldığını və 8 milyard ton duz olduğunu bildirirlər. Bununla bağlı mütəxəssislər duz fırtınalarının baş verəcəyi və insanların sağlamlığına, təsərrüfatına xeyli ziyan vuracağı barədə dəfələrlə xəbərdarlıq ediblər.
İnform.az

Bu xəbər oxucular tərəfindən 964 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |