Şrift:
Bakıda daha bir mühüm tədbir
05.09.2015 [13:35] - Gündəm, Bildiriş
Sentyabrın 8-9 tarixlərində Bakı şəhərində Ümumdünya Gömrük Təşkilatının (ÜGT) MDB ölkələri üzrə hüquq mühafizə fəaliyyətinə dair RILO-Moskva Regional Məlumat Əlaqələndirmə Qovşağının iştirakçı ölkələrinin gömrük xidmətlərinin milli əlaqələndirmə qovşağı rəhbərlərinin 14-cü iclası keçiriləcək.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində təşkil olunacaq iclasa Azərbaycan, Rusiya, Özbəkistan, Qırğızıstan, Qazaxıstan və Tacikistan gömrük orqanlarının əməkdaşları, eləcə də RILO-Seul, RILO-Ər-Riyad, RILO-Varşava və RILO-Kölnün məsul nümayəndələri qatılacaq.

Sentyabrın 8-də, iclasın açılış mərasimində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev və RILO-Moskvanın direktoru Oleq Bakanovun iştirakı nəzərdə tutulub. İclasın birinci iş günündə “RILO-Moskvanın fəaliyyətinin yekunları barədə”, “ÜGT Katibliyinin regional əlaqələndirmə qovşaqlarının cəlb edilməsi ilə cari və planlaşdırılan təşəbbüsləri”, “RILO-Seulun fəaliyyəti barədə”, “RILO-Köln və RAN/SBUS-un fəaliyyəti barədə”, “Yaxın Şərq ölkələri üzrə RILO-nun fəaliyyəti barədə”, “Qabaqlayıcı xarakterli hüquq mühafizə məlumatının mübadiləsi məqsədilə CENcomm əməliyyat-kommunikasiya platformasında 24 saatlıq rejimdə fəaliyyət göstərən əlaqələndirmə məntəqələrinin təşkili barədə” və s. mövzularda məruzələr dinləniləcək.

Sonra iclasda RILO-Moskvanın CENcomm gömrük əməliyyat-kommunikasiya platforması haqqında Əsasnamə layihəsinin razılaşdırılması, eləcə də RILO-Moskva milli əlaqələndirmə qovşaqları arasında, həmçinin RILO-Moskva və digər RILO-lar arasında CENcomm şəbəkəsi üzrə qabaqlayıcı xarakterli məlumat mübadiləsinin təşkilinin mümkünlüyünün müzakirəsi və RILO-Ər-Riyad və RILO-Moskva arasında Memorandumun imzalanması nəzərdə tutulub.

Sentyabrın 9-da isə iclasda gömrük xidmətlərinin hüquq mühafizə bölmələrinin işində CEN Milli Gömrük Hüquq Mühafizə Şəbəkəsinin tətbiqi və RILO-Moskvanın 2016-cı il üçün iş Planının layihəsinin razılaşdırılması məsələləri müzakirə ediləcək.

Həmin gün iclas yekun qərarların qəbul edilməsi ilə işini başa vuracaq.
Bu xəbər oxucular tərəfindən 726 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed